Tag: work

Giriş

Bu məqalənin yaradılmasının tələbatı sadə bir LinkedIn postundan yarandı.

LinkedIn-də mənimlə maraqlı və cürbəcür layihələrdə çalışacaq bir işçi axtarışı postu yazıb, CV-ləri mənim e-mailimə göndərməyi xahiş etdim.

Nəticədə çoxlu sayda CV emailləri aldım və əslində gözləmədiyim qədər təəcübləndim.

Göndərilən e-maillərdə mənim düşüncəmə görə sadə və primitiv olan qaydaların nəzərə alınmaması gözümə çarpdı.

LinkedIn-də də son zamanlar çoxlu sayda tələbə və digər şəxslərin iş axtarışı elanını gördüyümdən qərara gəldim ki, mənə görə çox sadə sayılan qaydaları yazım və ictimayyətlə paylaşım.

Əminəm ki, qeyd edəcəyim standart qaydalara riayət olunsa, Linkedİn-də çoxlu sayda şikayət edən şəxslərin “bizi çağırmırlar” məsələsi qismən həll olacaq.

Artıq məğzə keçək…

CV hazırlamaq üçün 8 qızıl qayda.

Qayda 1 – CV harda yaradılmalı

Əksər şəxslər göründüyü kimi öz CV-lərini Word proqramında hazır edirlər-amma bu, artıq çox köhnə yanaşmadır.

Hal-hazırda CV hazırlamaq üçün kifayət qədər onlayn resurslar mövcuddur və bu platformalarda hər zövqə uyğun və göz oxşayan CV topluları var.

Mənim təklifim Canva platforması olacaq.

Siz http://canva.com/ daxil olub, qeydiyyatdan keçib, axtarış pəncərəsində “resume” yazmaqla min cür fərqli CV şablonları tapa biləcəksiniz.

Ürəyinizcə olanı seçib, çox sadəliklə içindəki məlumatları özünüzə uyğunlaşdıracaqsınız.

Platforma tam pulsuzdur, sadəcə CV-nizə qeyri-adi gözəl elementlər əlavə etmək istəsəniz, bu elementlərin bəziləri pullu ola bilər(o da ki, 1-2 Dollar ancaq).

Amma bu elementlərsiz də CV-niz çox gözəl olacaq.

Sonda isə bütün dəyişikliklər edildikdən sonra PDF formatında CV-nizi yükləyə biləcəksiniz.

Və növbəti əsas məqam niyə Canva platforması istifadə olunmalıdır- çünki oradan yüklədiyiniz CV-nin formatı pdf formatında olduğuna görə istənilən cihaz ölçülərində(mobil,planşet və kompyuter) daha oxunaqlı olur.

Siz word ilə CV yaratdığınız zaman burada istifadə etdiyiniz çərçivələr mobil telefondan və ya kiçik ölçülü digər cihazdan açılanda bütün CV-niz bir-birinə qarışmış olur və oxunulası haldan uzaq olur.

Amma pdf formatında bu qorxu yoxdur, CV-niz istənilən cihaz formatına əsasən özü uyğunlaşır.

Nəzərə də alsaq ki, indi çox işlər mobil cihazdan idarə olunur və sizin word formatında olan CV-niz dərhal oxuna bilinmədiyi səbəbindən heç baxılmayıb nəzərə alınmaya bilər.

Bəlkə də CV-yə görə siz ən ideal namizəd idiz…

Amma sadə bir format səhvinə görə siz heç nəzərə alınmayacaqsınız.

Qayda 2 – Şəkil

Ən ağrılı məsələlərdən biri şəkildir…

Artıq xaricdə şəkillərin əlavə edilməsindən imtina edilməsinə baxmayaraq, Azərbaycanda şəklin CV-də olması üstünlükdür, amma normal şəkillər əlbəttə ki.

Toydan şəkillər, idman paltarında şəkil, tam boyda şəkil və ya arxa fonda zooparkda olan meymun ilə şəkil və sairə kimi şəkillər olmamalıdır 

Şəklin standart qaydası var, adi bir klassik köynək və ya kofta ola bilər və şəkil də şəxsiyyət vəsiqəsindəki kimi – çiyin daxil və yuxarı formada olmalıdır.

Və ən əsası da arxa fonunuz açıq rəng və ya daha uyğun bəyaz rəngli olmalıdır.

Bəli, deyə bilərsiz ki bəlkə kiminsə pulu yoxdur şəkil çəkdirməyə, bu da həll olunandır.

Öz telefonunuz və ya dostunuzun telefonun kamerası ilə bir ağ divar qabağında dayanıb pulsuz qaydada şəkil çəkə bilərsiniz.

Qayda 3 – Şəxsi məlumat

CV də şəxsi məlumat bölümündə nə yazılmalı, nə yazılmamalı?

Əslində bu, şirkətlərə görə dəyişir, amma ciddi şirkətə işə düzəlmək istəyirsinizsə, bunlar vacib:

Email– mütləqdir və emailinizin başlanğıcı normal qaydada təyin edilməlidir.

Əksər hallarda gördüyümüz misal kurtlarvadisi01 və ya sweetchocolate və sairə kimi başlıqlardır 

Halbuki, e-mail ünvanınız mütləq sizin adınız və ya soyadınızı təsvir etməlidir, ikisi birlikdə də ola bilər.

Bu ciddilik yaradır, əks halda sizi qeyri-ciddi qəbul edəcəklər.

Nömrə– sizinlə əlaqə saxlanalıcaq aktiv nömrə qeyd edilməli və mütləq sizin öz nömrəniz olmalıdır.

Kifayət qədər hallar baş verib ki, nömrə olaraq xalasının nömrəsini və ya ana-ata nömrələri qeyd edən şəxslər olub.

Sizə zəng edən HR menecerə atanız cavab verirsə, o, sizi necə işə götürə bilər?

Bir mobil telefona cavabdeh ola bilməyən və ya icazə verilməyən şəxsin sabah şirkətinizdə xırda qərarları və ya işləri necə icra edəcəyi sual altına düşür.

Ailə vəziyyəti – Ölkəmizdə diskussiya olunan əsas mövzulardan biri bu mövzudur- əsasən də xanımlarda.

İşə götürən şirkətlərin bəziləri xanımları ailəli olduğu zaman işə almaması və sairə məsələlər bir az qeyri-professional olmasına baxmayaraq acı reallıqdır.

Heç zaman işə alınan şəxsə ailə vəziyyəti, irqi və ya dininə görə ayrı seçkilik edilməməlidir.

Mənim məsləhətim bu haqda heç bir məlumat qeyd olunmamasıdır.

Qayda 4 – Bilikləriniz və hobbiniz

Biliklərimiz haqqında yazan zaman əksər şəxslər böyük səhv etmiş olurlar.

Əksər CV-lərdə qeyd etdiyiniz Google, Word, Excel, PowerPoint kimi biliklər yazmaq artıq professional deyil.

Qeyd edilən proqram biliklərini bilmək artıq üstünlük yox, bilməmək qəbahət sayılır.

O səbəbdən bunu bir bilik kimi qeyd etdiyiniz zaman qarşınızdakı HR nümayəndənin ilk düşünəcəyi məqam – siz başqa heçnə bilmirsiz deyə bu standart və hamının demək olar bildiyi proqramaları yazırsınız.

Bu səbəbdən ya heç yazmayın, və ya yazırsızsa fərqli bilikləri yazın.

Məsələn, istifadə etdiyiniz task manager proqramı varsa, yaza bilərsiniz. Photoshop-Corel Draw, 1C və sairə kimi biliklər də qeyd oluna bilər, ən pis halda prezentasiya və CV düzəltmək üçün Canva-nı qeyd edə bilərsiniz.

Yəni ən azından hər bir işçinin əzbər bildiyi bir proqram yox, fərqli bir şey olması tösiyyə olunandır.

HR nümayəndə CV-nizə baxdığı zaman ən azından düşünsün ki, bu əlavə bilikləriniz şirkətə əlavə üstünlük verə bilər.

Hobbi məsələsinə gəldikdə isə- bu bölümdə hamı standart və əsasən də qeyri-səmimi yazılar yazdığından, ciddiyə alınmır- reallıq budur.

İldə bir dəfə kitab oxuyan şəxs belə kitab oxumağı hobbi olaraq qeyd edir 

Futbol, kitab oxumaq və gəzmək kimi standart hobbilər, məncə qeyd olunmamalıdır.

Misal olaraq, mən CV-də hobbi bölümündə səyahət qeyd edərəm və əlavə olaraq da bloqumdakı səyahətə link əlavə edərəm.

Yəni siz mütləq adi və boz CV-lərdən kreativliyinizlə fərqlənməlisiniz.

Hobbi adi qaydada da qeyd edilə bilər, amma yenə də dediyim kimi qeyri-adi hobbi olmalıdır.

Qayda 5 – Sertifikat və kurslar

Hal-hazırda çox vacib mövzuya toxunacağıq.

Əksər cavan nəsil bilik əvəzinə sertifikat dalıyca qaçır.

Qatıldıqları təlimlərə ancaq sertifikat naminə qoşulmaq, təlimçini və onun sizə nə bilik verə biləcəyini araşdırmamaq ən ağrılı yerimizdəndir.

Aldığınız N sayda adi və pulsuz sertifikatlar demək olar HR tərəfindən heç baxılmır.

Əlbəttə burada söhbət sırf pulsuz və belə deyək, standart olan kurslardan gedir.

Amma əgər kurs və təliminiz məşhur olan platformalardandırsa (Udemy misal) və sonda buradan sertifikat almısınızsa, əlbəttə bu sizin işinizə yarayacaq.

Ümümiyyətlə, hal-hazırda hər cavanın demək olar 150 dənə sertifikatı var və bunların hamısını CV-yə qeyd edirlər 

Bu böyük yanlışlıqdır, ancaq vacib, tanınan və aktual olan sertifikatlar və kursları qeyd etməyi tövsiyə edirəm.

Özünüzü HR nümayəndəsi yerinə qoyun:

Məmmədov Məmmədin – tanınmayan bir təlimçinin- natiqlik kursu üzrə sertifikat və ya Udemy platformasından SMM sertifikatı- sizcə HR nümayəndə daha çox hansına diqqət edəcək?

Cavab 2*2 kimi sadə və aydındır məncə.

Daima kəmiyyət yox, keyfiyyət prinsipinə fokuslanın.

Qayda 6 – SWOT analiz

SWOT analizi etmək məcburiyyətində deyilsiniz, amma əmin olun bunu etsəniz digər kandidatlarla müqayisədə 1-0 öndə olacaqsınız və əmin olun HR bunu müsbət dəyərləndirəcək.

SWOT nədir?

S- Strengths (Güclü tərəflər)

W- Weaknesses (Zəif tərəflər)

O- Opportunities (Fürsətlər)

T- Threats (Qorxular)

Bu formula əsasında bir qrafik qura bilərsiniz.

Bəli, sual verə bilərsiniz ki, əgər mən zəif tərəflərimi qeyd etsəm, məni necə işə götürərlər axı?

Əslində isə belə deyil, düzgün yazılan zəif tərəflər ancaq sizin üçün müsbət ola bilər, amma gəlin hər birinin üstündən bir-bir keçək.

S- Strengths (Güclü tərəflər)

Burada siz həqiqətən nədə güclü olduğunuzu qeyd edin- məsələn işdə çox tələbkar olmağınız, dəqiqliyiniz, qərar verməkdə çətinlik çəkməməyiniz, kreativliyiniz və sairə…

W- Weaknesses (Zəif tərəflər)

Burada sizə zərər verməyəcək qaydada zəif tərəflərinizi qeyd edə bilərsiz.

Misal işi planlamaqda çətinlik çəkirsiz- amma şirkətə işə düzələndə şirkətin güclü menecerləri sayəsində bu məsələdə inkişaf etməyinizə əmisiz və sairə…

Gördüyünüz kimi hətta zəif tərəflərinizi siyasi olaraq düzgün təqdim etmək olar, amma çalışın maksimum dərəcədə səmimi yazasız.

O- Opportunities (Fürsətlər)

Burada siz daha çox vaxt ayırsanız, nəyə nail ola bilərsiz, nəyi öyrənmək özünüzə fürsət bilirsiz, hansı addımlar sizi daha da güclü edə bilər bir işçi kimi.

Hətta şirkətdə bir az işləməklə pillə-pillə irəliləmək də fürsət kimi dəyərləndirə bilərsiz.

T- Threats (Qorxular)

Burada hansı çətinliklərlə üzləşirsiz işdə və ya üzləşə bilərsiz, misal işdə rəqabətdən qorxursuz və ya yeni texnologiyaların inkişafından qorxursuz ki sizi əvəz edə bilər və sairə kimi məqamlar qeyd olunur.

Hətta sizin qorxunuz ofisdə pəncərə açıq qalsa soyuqlaya bilərsiz də ola bilər 

Qayda 7 – Email ilə müraciət

Əla CV-mizi düzəltdik, indi email yazmalıyıq və bu email yazılış tərzinə və qaydasına görə demək olar ki, 60% bizim taleyimizi həll edir.

Emaildə demək olar əksər insan standart səhvlər buraxır.

İndi sizə emailin qızıl qaydalarını qeyd edim:

Subject (mövzü)- bu hissə mütləq doldurulmalıdır, boş saxlamaq əsla olmaz!

Mövzuda mütləq müraciət etdiyiniz məsələ qeyd edilməlidir.

İşə düzəlmə məsələsidirsə, bu halda mövzu “Marketinq vakansiyası ilə bağlı müraciət” ola bilər.

Sabah HR nümayəndə sizin CV-nizi və ya Marketinq sahəsi ilə bağlı digər CV-ləri tapmaq istədiyi zaman emaildə axtarış yerində marketinq açar sözü yazmaqla sizi tapacaq.

Amma siz mövzu yerini boş qoysanız nə olacaq?

Özünüz də gözəl bilirsiniz ki, siz itib-batacaqsız.

Giriş– e-mail yazılan zaman boş göndərilməməlidir, tez-tez gördüyüm problem odur ki, müraciət edən şəxs emailə CV əlavə edir və mətn yazmadan göndərir.

Bu qəbuledilməzdir!

Mail mütləq “Hər vaxtınız xeyir,necəsiniz? Ümidvaram işləriniz qaydasındadır.” kimi başlıqla başlamalıdır.

Məğz– Bundan sonra artıq məğzə keçmək olar, məsələn “Əlavə olunmuş faylda müraciət etmək istədiyim vakansiya ilə bağlı CV-mi təqdim edirəm.”

Son– mailin sonunda mütləqdir ki, sağollaşma və hər hansı bir dilək olsun-  “Diqqətinizə görə təşəkkür edirəm, xoş həftə sonu arzulayıram və ya sağlam qalın. (indiki dövrdə aktual mövzu olduğundan)”

Və ən son qızıl qayda email-də yeni abzasdan yazmağa fikir verin.

Şəxsən mənə göndərilən e-maillərin əksəriyyətində cümlələlər iç-içə girmişdi və cümlənin əvvəli ilə sonu bilinmirdi.

Səliqəli e-mail yuxarıdaki misallar əsasında belə görünməlidir:

Hər vaxtınız xeyir,necəsiniz?

Ümidvaram işləriniz qaydasındadır.

Əlavə olunmuş faylda müraciət etmək istədiyim vakansiya ilə bağlı CV-mi təqdim edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

Sağlam qalın.

Qayda 8 – Gözləntiniz

Son olaraq artıq CV hazır, email də göndərdiniz və sizi hətta çağırdılar HR və ya menecerlə görüşə.

Bu halda əsasən verilən suallardan biri maaş gözlənitiniz nədir sualı olur və əksər insan bundan utanır və cavab olaraq “nə qədər versəniz, mənə əsas iş lazımdır”- deyir.

Əlbəttə işə ehtiyacı olan insanın belə deməsi anlaşılandır, amma maksimum çalışın sizin üçün minimal olan məbləği deyəsiniz.

Bu halda ən azından özünüzün dəyərini bildiyinizi göstərmiş olacaqsınız.

Bu addım HR və ya işəgötürən tərəfindən mütləq ki, bəyəniləcək.

Sual verilsə ki, 5 il sonra özünüzü harada görürsünüz?

Deyin ki, uzaq görən siyasətim yoxdur 

Bu, bir zarafat idi əlbəttə, bu suala “sizin mənim zəhmətkeşliyim əsasında nə dərəcədə vəzifədə qaldıra biləcəyinizdən asılıdır”- deyə bilərsiniz.

Son olaraq qeyd edim ki, bu sırf olaraq mənim yanaşmamdır və bəzi şirkət rəhbərləri, HR nümayəndələri və işə götürən şəxslər bəzi bəndlərlə razı olmaya bilər və bu normaldır, amma əmin olun ki, bu məqalədən sonra CV-niz müsbət tərəfə dəyişəcək.

Hamıya arzuladığı işə qovuşmağı arzu edirəm 

Asif İbrahimov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party