Tag: unsuccessful

Sosial medianın əhəmiyyəti ilə bağlı nə qədər paylaşımlar etsəm də, məqalələr yazsam da elə hiss edirəm ki, heç bu yola başlamamışam belə. Kiçik biznes sahiblərinin eləcə də sosial media üzərində öz brendini formalaşdırmağa çalışan fərdlərin etdiyi kiçik görünən, amma gələcək üçün böyük təsirə səbəb olacaq səhvləri görəndə pis oluram. Həm də bilirsiniz daha çox nəyə pis oluram, bir insanın gözünün qarşısında olan qızıl ilə dolu sandığı görməyib bir neçə “dənə” qızıl dalınca getməsi. 

Sosial media bizim qarşımızda olan həmin qızıl sandıqdır, amma biz bu sandığı görməməzlidən gəlirik nədənsə.

İndi isə gələk məqalənin başlığı ilə bağlı paylaşmaq istədiyim qısa bir hekayəyə.

İlk öncə onu deyim ki, biznesdə uğurlu və ya uğursuz olmağa səbəb ola biləcək amillər çoxdur, amma bu hekayədə biz yalnız sosial media ilə bağlı olan hissəyə toxunacayıq.

İki dost düşünün, Əli və Natiq (Vəlini gözləyirdiniz bilirəm)). Bu dostlar fitnes sahəsində öz bizneslərini qurmaq qərarına gəlirlər və hər ikisi də bu sahələr üzrə mütəxəssidirlər. Bizneslərini qurandan sonra sosial medianın nə qədər əhəmiyyətli olduğunu eşidib özlərinə instagram üzərindən hesab açırlar və hər ikisi aktiv olaraq paylaşımlar etməyə başlayırlar. Bir neçə ay keçəndən sonra Əli satışları qaldırdığı və geniş auditoriyaya çatdığı halda, Natiq demək olar ki, irəliləyiş göstərə bilmir.

Əlinin qısa müddətdə necə uğur qazandığını öyrənmək üçün onunla görüşür və bunun səbəbini soruşur. Əli ona fərqli heç nə etmədiyini və sadəcə olaraq paylaşımlar etdiyini, gəlirin də bundan gəldiyini deyir. Əlidən necə paylaşımlar etdiyini soruşanda, Əli ona:

(Əli) – Mən gündəlik olaraq etdiyim idmanları çəkib paylaşıram. İnsanlar bu günlərdə evdən idman etdikləri üçün onlarla ev şəraitində hansı idman hərəkətlərini edə biləcəklərini, necə qidalanmalı olduqlarını və s. bu kimi məlumatları ödənişsiz olaraq paylaşıram. Çox nadir hallarda isə satdığım dərmanları (protein) reklam edirəm. Hər dəfəsində reklam edəndə isə daha çox insan maraq göstərir və yaxşı satış edirəm. Bəs de görüm, sən necə paylaşımlar edirsən?

(Natiq) – Mən sosial media hesabı açandan sonra demək olar ki, yalnız satışla bağlı paylaşımlar edirəm. Etdiyim paylaşımların ümumilkdə yalnız 5% məlumat verici olur, qalan bütün hallarda satdığım dərmanların (protein) reklamını edirəm.

Bu hekayənin nəticəsini, nə üçün Əlinin uğurlu və Natiqin uğursuz olduğunun analizini sizin öhdənizə buraxıram.

Yeri gəlmişkən bu mövzu ilə bağlı çəkdiyim qısa İnstagram videosuna da baxa bilərsiniz.

Hansı biznesdə olmağınızdan aslı olmayaraq sosial mediadan istifadə, amma düzgün istifadə çox önəmlidir. Yalnız hesab açmaqla bu iş bitmir. Hesab açdıqdan sonra kontent strategiyasının düzgün formada hazırlanması, kontenti kontekstə uyğunlaşdıra bilmək vacibdir. Və bunun üçün də “Mənə müraciət edin” demirəm. Bu mövzu ilə bağlı yazdığım digər məqalələri oxuya və google-da müəyyən qədər araşdırma apararaq mövzu ilə bağlı özünüzü maarifləndirə bilərsiniz. Artıq istənilən məlumatı ödənişsiz və qısa zamanda əldə etmək mümküdür.

Dəyərli zamanınızdan ayırıb məqaləni oxuduğunuz üçün sizə təşəkkür edirəm.

Məqalə faydalı oldusa sosial media hesablarınızda paylaşaraq digər insanlara da dəstək ola bilərsiniz.

Suallarınız yaranarsa mənə müraciət etməkdən çəkinməyin.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party