Tag: online shop

Dropshipping biznesi, hesab edirəm ki, öz kulminasiya dövrünü yaşayır. Dropshipperlər bu biznesdən çox fayda əldə etsələr də, problemləri də yox deyil. “Dropshipping nədir, bilmirəm” deyib yazını yarımçıq qoymaq istəyirsinizsə, tələsməyin. Dropshipping elə bir onlayn biznes növüdür ki, onunla ciddi surətdə məşğul olanlar aylıq çox yaxşı qazanc əldə edə bilirlər. Bu yazımda təkrarçılığa yol vermək istəmədiyimə görə Dropshipping-lə bağlı daha ətraflı bloqumda digər postlardan məlumat ala bilərsiniz. Məsləhət görürəm ki, Dropshipping biznesi nədir və necə başlamaq olar? yazısından başlayasınız.

dropshipping nədir
2checkout ödəniş hesabı

İndi isə keçək ABŞ-dan kənarda dropshipping-lə məşğul olanların əsas ortaq bir probleminə. Bu, ödəniş metodudur. Doğru-düzgün ödənişləri əldə edə bilmirsinizsə, online mağazanızın olması əhəmiyyətsizdir. Tək PayPal gedəcəyiniz uzun yolda çətin ki, sizə yardımçı ola bilsin. Buna görə də mağaza hesabınızı 2checkout hesabına tanıtmaq və belə xüsusi bir ödəniş keçidinin olması ödənişlər üçün zəruridir. Amma 2checkout hesabı bir çox dropshipper-lərin mağazasını qəbul edib, təsdiqləmir.

Çox zaman dropshipper-lər 2checkout hesabının ümumi işləmə prinsipini düzgün başa düşmür, buna görə də səhvə yol verirlər. Amma ödənişlər üçün təkcə 2checkout hesabından istifadə etmək də doğru seçim deyil.

Qeyd edək ki, 2checkout hesabı dropshipping biznesini sevməsə də, qadağan edə bilmir.

Dropshipperlərin səhvləri

Dropshipper Shopify-da və ya Woocommerce -də mağaza qurur, Setting bölməsində ödəniş metodu hissəsinə gəlib çatır. Burada 2checkout hesabını ödəniş metodu olaraq seçir. Satış etdikdən sonra isə dərin fikrə qərq olur ki, hesaba niyə pul daxil olmur.

Shopify mağazasını 2checkout hesabına daxil etdikdə avtomatik olaraq o, sizin satış platformanızı görür. Bu da o deməkdir ki, mağazanızı 2checkout hesabının qaydalarına uyğun gəlib-gəlmədiyini qiymətləndirir. Mağazanı 2checkout hesabının qaydalarına uyğun quraşdırmaq isə sizin məsuliyyətinizdədir.

Buna görə də mağazanı öncədən nəzərdən keçirib 2checkout hesabında qeyd olunan bütün şərtlərə uyğunluğunu yoxlamaq lazımdır.  Bu halda sizin təsdiq prosesiniz asanlaşacaq.

2checkout  hesabı həmçinin sizin online mağazanızın işlək olub-olmadığını yoxlayır. Hesab edək ki, siz Shopify-da təzə mağaza yaratmısız, amma bu mağaza sifarişləri yerinə yetirə bilmir. Bu halda hesabınız qəbul olunmayacaq. Əksər dropshipperlər Shopify üzvlüyünü almamaqla səhvə yol verirlər. Bu səhv nədən ibarətdir? 2checkout hesabı yoxlanışa başlayada sizin göndərdiyiniz URL-dən istifadə edir. Üzvlüyü almadığınız halda onlara “Mağaza tezliklə açılacaq” və ya “Sayta daxil olmaq üçün planı alın” kimi mesajlar gedəcək. Buna görə də Shopify-da planı almaq vacibdir.

Shopify planı almaqdan başqa mağazanın şifrəsini aradan qaldırmalısınız. Yalnız şifrəni götürdükdən sonra 2checkout sizin hesabınıza baxa bilər.

2checkout ilə hesab yaratmaq

2checkout hesabı yarat
onlayn ödəniş gateway

2checkout-a göndərməyə hesab-faktura yoxdur

Təbiidir ki, mağazanı yeni açmısınızsa göndərməli hesab-fakturanız olmamalıdır. Bu halda aşağıdakı addımları atmaq lazımdır:

Email-də yaza bilərsiniz ki, yeni şirkət olduğunuza görə hələ heç bir hesab-fakturanız yoxdur. Lakin buna baxmayaraq, mağaza işə başlamağa tam hazır vəziyyətdədir. Sifarişləri almağa başlamaq üçün təkcə 2checkout hesabının təsdiqi lazımdır. Onlara işlədiyiniz bütün tədarükçülərin ünvanlarını və digər detalları göndərə bilərsiniz. Və təsdiq etməkləri üçün əlavə lazım ola biləcək məlumatlar barədə soruşun.

Dear 2Checkout team, 

We are a new startup and have not started working at this moment. We are equipped with all the resources and are ready, to begin with, the processing stage. However, we are first waiting for the 2checkout account to get approved before taking any orders. On the contrary, we can send you the details, links, or addresses of the suppliers or dealers whom we are working on our submitted online store. 

Also, if you need any other information on this context, then please let us know. We will ensure providing them all, to the soonest. 

Best regards,

Adınız

———————-

Təqribən yuxarıdakı məzmunda bir email göndərdikdən sonra 2checkout sizə güvənə bilər.

İşləyəcəyiniz tədarükçülərin əlaqələrini tapmaq üçün Aliexpress-də satıcıların səhifəsinə daxil olub, linklərini kopyalayın.

2checkout-u aldatmaq olar?

Əslində aldatmaq olar. Siz başqa mağazalardan hesab-fakturaları götürüb, başlığı, məhsulun adını və s.dəyişə bilərsiniz. Beləliklə, Aliexpress-in alış səhifəsinə gedib, sifariş verib, ünvanı, tarixin olduğu skrinşotu götürsünüz, daha sonra dəyişiklikləri edib 2checkout-a göndərmək olar.

Təsdiq almaq üçün siz artıq iki üsul bilirsiz. Düzgün edə bilsəniz, 2checkout hesabınızı qısa müddətə təsdiqləyə bilərsiniz.

2checkout hesabını təsdiqlətmək üçün digər məsləhətlər

Peşəkar olduğunuzu göstərin

2checkout-un sizə və biznesinizə güvənməsi çox vacibdir. Shopify və ya Woocommerce mağazanız varsa, 2checkout sizi artıq şirkət hesab edir. Əgər mağazanızda İngilis dilindən qrammatik qaydalara uyğun düzgün istifadə olunmursa, bu mənfi təəssürat yarada bilər və 2checkout ümumiyyətlə sizə maraq göstərməz.

Buna görə də ünsiyyət zamanı, xüsusən də email-lərdə yazınıza diqqət yetirin. 2checkout düşünməməlidir ki, siz işi və ya İngilis dilini zəif bilirsiniz. Özünüz dili bilmirsinizsə, kənardan mütləq kömək almalısınız.

2checkout-a Aliexpress və ya digər platformalardan dropship etdiyinizi bildirməməlisiniz

aliexpressdən dropshipping 
online biznes

Birincisi, 2checkout hesabında ən yaxşı plan biznes plyusdur. Bu planın geniş databazası da var. Əgər düşünürsünüzsə ki, onlar sizin online mağazanızı diqqətlə yoxlamayacaq, yanılırsınız. Məsələn, deyək ki, mağazada Aliexpress-dən dropship etdiyiniz ucuz bəzək əşyaları satırsınız.

Bundan başqa, logo, paylaşımlar və mağazanın mövzusu da elə yaxşı deyil. Bunlarla sizin 2checkout hesabından təsdiq almağınız qeyri-mümkündür. 2checkout komandasının mütəxəssisləri üçün mağazaya baxan kimi onun dropshipping-lə məşğul olub-olmadığını bilmək su içmək kimi bir şeydir.

Onlayn mağazanız üçün gözəl dizayn tərtib etməyə çalışın

2checkout hesabından tərəddüdsüz təsdiq alıb, işləmək istəyirsinizsə aşağıdakılara riayət etməlisiniz.

Burada əsas məqsəd odur ki, 2checkout hesabı sizin Aliexpressdən dropship etdiyinizi başa düşməsin. Yuxarıdakı addımları atsaz, 2checkout elə hesab edə bilər ki, satdığınız məhsullar sizin öz markanızdır. Bu da sizi dropshipping müqavilələri, hesab-faktura və s.kimi işlərlə məşğul olmaqdan xilas edəcək.

Mağazada HEÇ BİR pulsuz məhsul olmamalıdır

0 qiymət qoyduğunuz istənilən məhsul başınızı ağrıdacaq. 2checkout sizdən həmin məhsulu silməyinizi istəyəcək, eyni zamanda da sizin Aliexpress-dən dropship etdiyinizi başa düşəcək. 2checkout yalnız göndəriş (free+shipping) haqqı alınan pulsuz məhsullar yerləşdirməyə icazə vermir.

Online mağazada aşağıdakı məhsulları yerləşdirməyin

2checkout dropshipping müqaviləsi istəyirsə nə etmək olar?

Dropshipping müqaviləsi əldə etmək üçün:

2checkout hesabından təsdiq ala bilmək üçün 2checkout-un şərtlərini oxumaq və həmin şərtlərin hamısına riayət etmək vacibdir. Sizdən tələb olunan nə varsa (dropshipping müqaviləsi, hesab-fakturalar) lazımi qaydada göndərin. Bütün bunları etdikdən sonra 2checkout hesabının sizin mağazanıza təsdiq verməmək kimi şansı qalmayacaq.

Source: jafarnajafov.com

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party