Tag: network

Sosial media üzərində daima yeni üsullar tətbiq etməklə yalnız öz üzərimdə faydasını gördükdən sonra onları insanlarla paylaşmağı sevirəm. Odur ki, yaxın zamanlarda Twitter üzərində tətbiq etdiyim və faydasını gördüyüm 100 bağlantı startegiyasını sizinlə paylaşmaq istəyirəm. Əgər siz sosisal media üzərində öz şəbəkənizi genişləndirməkdə maraqlı deyilsinizsə o zaman bu məqaləni oxuyaraq vaxtınızı itirməməyi tövsiyyə edirəm.

Adında “sosial” sözünün olmasına baxmayaraq çoxumuz sosial mediada sosiallaşmaqda ya çətinlik çəkirik ya da bunu göz ardına vururuq.

Sosiallaşmaq bütün hallarda insanın təbii ehtiyaclarında biridir. Ona görə də ətrafımızda dostlarımız, tanışlarımız var. Qaldı ki, deyə bilərsiniz ki,-“Kamal, axı sosial mediadakı insanları tanımıram”. Doğrudur, amma hazırda dost olduğunuz insanları da bir zaman tanımırdınız. Sosiallaşmaq dedik də siz mütləq insanlarla dostluq münasibəti qurmalısınız nəzərdə tutulmur. Sadəcə normal münasibət formalaşdırmaq kifayət edir. Normal münasibət qurmq üçün sizi izləyən insanlarla istər şəxsidə, istərsə də paylaşımlarında fikir mübadiləsi aparmaq çox önəmlidir.

Gələk startegiyamıza.

Twitter dünya üzrə istifadəçi sayı çox olan platformalardan biridir. Aktiv olaraq paylaşımlar edənlər isə milyonlarladır. Bu platformada hesab açandan sonra daha çox insana çata bilmək üçün paylaşımlarımı yalnız ingiliscə etməyə qərar verdim. Odur ki, paylaşımlar etməyə başladım və demək olar ki, gün ərzində “follow” etdiyim və onlarında paylaşımlarında aktiv iştirak etdiyim insanlar mənim paylaşımlarıma münasibət bildirmirdi. Bu məni müəyyən qədər düşünməyə vadar etdi. Bir müddət sonra qərara aldım ki, ilk yüz bağlantıma təşəkkür mesajı yazacam. Bu təşəkkür mesajı təxminən belə idi:

“Salam Emil bəy. Necəsiniz? Sizə hesabımı izlədiyiniz və paylaşımlarımda daima fikir mübadiləsi apardığınız üçün təşəkkür edirəm. Özünüzü qoruyun. Hələlik”

Emil bəy (yalnız nümunə üçün istifadə etdim bu adı) əslində mənim paylaşımlarıma münasibət bildirmirdi. Lakin bu mesajımla onda sanki bir növ, – “Axı, mən onun paylaşımlarını oxumuram. Mənə niyə təşəkkür edir?!” sualını yarada bildim. Onda müəyyən qədər maraq oyadandan sonra o hesabıma daxil olaraq paylaşımlarımda ara-sıra da olsa iştirak etməyə başladı. Belə ki, bunu etməmişdən öncə əmin olmalısınız ki, hesabınızda kifayət qədər faydalı və insanlar üçün maraqlı ola biləcək paylaşımlar var. Hər halda boş bir hesabı kim izləyər ki?!

Düşünürəm ki, bu strategiya digər sosial media platformalarında da keçərlidir. Bununla biz bir növ öz şəbəkəmizi yalnız “follow” düyməsinin üzərinə sıxmaqla deyil, həm də insanlara yazaraq, onlara minnətdarlıq edərək sosiallaşmaqla formalaşdıra bilərik.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party