Tag: linkedin

İş tapmağın nə qədər çətin olduğu hər birimizə məlumdur. Pandemiya dövründə bir çox şirkətin çıxış yolunu işçi ixtisarında görməsi hətda təcrübəli işçilərin belə işlərini itirməsinə gətirib çıxardır. İşini itirən təcrübəli işçilər və kariyerasına qısa müddətdə başlamaq ümidi ilə yeni məzun olmuş tələbələr, bir vakansiya və yüzlərlə müraciət.

Necə etməli? Yüzlərlə namizəd arasından necə seçilməli?

Linkedin sizə yardımçı olacaq

Bildiyimiz kimi Linkedin profesional insanların, CEO və şirkət başçılarının bir yerə yığıldığı bir sosial platformadır. Gün ərzində bu platformada onlarla iş elanı və müxtəlif növ paylaşımlar görə bilirik.

Linkedini digər iş elanları paylaşılan saytlardan fərqləndirən əsas amillərdən biri digər saytlarda siz yalnız iş elanını gördüyünüz halda Linkedin-də bu elanı paylaşan HR əməkdaşını və ya işçi axtaran şəxsi görmək olur. Bu isə o deməkdir ki, siz həmin insanlarla əlaqə saxlaya və suallarınızı ünvanlaya bilərsiniz.

İndi gələk əsas məsələyə. Linkedin-də təcrübə tələb edən işləri necə tapa bilərik? Sualın cavabı çox sadədir:

Təcrübə keçmək istədiyiniz işi təklif etmə potensialı olan şirkətlərdə axtardığınız ixtisas üzrə çalışan insanlarla bağlantı qurmaq

Məsələn, mən əgər hansısa bir oteldə Sales Executive işində çalışmaq və ya təcrübə qazanmaq istəyirəmsə mənim bağlantı quracağım şəxslər Bakıdakı otellərin Sales departamentində lakin yuxarı vəzifədə çalışan şəxsləri (Sales Director və Assistant Director of Sales) və otelin HR əməkdaşları olacaq.

Mən bu insanlara ilk növbədə personalized connection request göndərəcəm. Bu göndərilən bağlantı təklifində dərhal iş və ya təcrübə axtardığınızı demək məsləhət deyil. Kiçik bir mətn yazaraq onların profesional netvorkünün bir hissəsi olmaq istədiyimi bildirəcəm. Bu zaman bağlantı təklifimin qəbul olunma şansı artır.

Personalized connection request -i bu cür göndərə bilərsiniz:

Ilk öncə Connect düyməsini sıxırıq daha sonra isə Add note əlavə edib Send düyməsini sıxaraq bağlantı təklifini göndəririk.

Yaza biləcəyimiz bir mətn nümunəsi (İngilis dilində yazmağınız daha profesional görsənəcək) :

Bağlantı təklifi qəbul olunandan sonra:

Bəs əgər paylaşım etmirlərsə?

Bu zaman edə biləcəyiniz yalnız həmin insanların əlaqə məlumatlarını əldə etməkdir, hansı ki, Linkedindən tapa bilərsiniz.

Contact İnfo-ya daxil olaraq məlumatlar əldə etmək olur.

Çox zaman yalnız email adresi tapmaq olur. Bu halda həmin şəxslərə email göndərərək onlarla çalışmaqda maraqlı olduğunuzu qeyd edin.

Yox əgər bu məlumatları tapmaq olmursa, həmin departamentdə çalışan başqa şəxslərlə eyni qaydada bağlantı yaradaraq onlardan əlaqə qurmaq istədəyiniz şəxsin email və ya mobil nömrəsini soruşa bilərsiniz.

Son

Yuxarıda qeyd olunan nüansların xeyirini yalnız mütəmadi olaraq bunları edərsək görə bilərik. Odur ki, qeyd olunanları edin, səbrli olun və ən əsası daima öz üzərinizdə çalışın

Məqaləni oxuduqdan sonra fikirləriniz bölüşməyi unutmayın…

Uğurlar!

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party