Tag: dropsipping

21-ci əsrdə onlayn bizneslərin sayı pik həddə çatıb və insanlar artıq evlərində oturmaqla pul qazanırlar. Onlar əsasən Bloqçuluq, Elektron biznes, Youtube, mobil tətbiqlər və s.kimi bizneslərlə məşğul olurlar.

Bu yazımda sizə Drop servicing və Dropshipping adlanan iki biznes modelindən danışacağam. İnsanlar bu biznes modelləri sayəsində onlayn olaraq 6-7 rəqəmli qazanclar əldə etməyə başlayıb. Bəs bu iki biznes arasında fərq nədir? Gəlin baxaq.

Drop servicing və Dropshipping nədir?

Drop servicing biznes modelində siz logo, dizayn, sosial media idarəetməsi, tərcümə, məqalə yazmaq və s.kimi işlərlə məşğul olursuz. Lakin bu işləri özünüz deyil, daha az pula başqalarına gördürürsüz.

Dropshipping də demək olar eyni şeydir. Amma burada xidmət əvəzinə məhsullardan istifadə olunur. Beləliklə, biz vebsaytımız vasitəsilə məhsulları satırıq, amma məhsullar bizdə yox, kiminsə anbarında olur. Müştəri məhsulu almaq istəyəndə məhsul Aliexpress kimi saytlardan birbaşa müştərinin ünvanına göndərilir.

Drop servicing və Dropshipping-in bir-birindən fərqi nədir?

Dropshipping biznes modelində fiziki məhsullar, drop sevicing-də isə onlayn xidmətlər satılır. Bundan başqa kiçik bir fərq də var. Dropshipping-də satıcı (yəni biz) vasitəçilik etsə də, məhsulla heç bir əlaqəsi olmur, onu fiziki olaraq görə bilmir. Artıq qeyd etdiyim kimi anbarında məhsulu olan birinci əl satıcı onu birbaşa müştərinin ünvanına göndərir. Drop servicing-də isə satıcı (biz) outsource olaraq tapdığı işçidən xidməti qəbul etməli və müştəriyə yönləndirməlidir.

Dropservicing-lə necə biznes qurmaq olar?

Dropservicing-i başa düşmək və bu biznesi həyata keçirmək həqiqətən də asandır.

İlk növbədə elə bir xidmət seçmək lazımdır ki, həm gəlirli, həm də müştərilərə lazım olsun. Məsələn, siz aşağıdakı xidmətlərdən birini seçə bilərsiz:

Özünüz üçün bir xidmət təyin etdikdən sonra bu biznesi iki üsulla həyata keçirə bilərsiz.

Birinci üsul

Xidməti göstərmək üçün bir vebsaytınız olmalıdır. Bu saytı kiməsə sıfırdan hazırlada da bilərsiz, özünüz bir WordPress saytı ilə də başlaya bilərsiz. WordPress-də özünüz sayt yarada bilmirsizsə, bundan öncə sizin üçün hazırladığım 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq və Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) yazılarımı nəzərdən keçirin.

Bundan başqa, qısaca olaraq qeyd edim ki, WordPress-də sayt hazırlamaq istəsəz domen və hostinq almalısınız. Hər ikisini aylıq cəmi 4 dollara Bluehost dan əldə edə bilərsiniz.

Bluehost 
hostinq xidməti
domen xidməti

Siz ödənişləri qəbul edə bilmək üçün saytda PayPal ilə ödəniş keçidi və ya Stripe-dan istifadə edərək ödəmə sistemi qura bilərsiniz. Necə edəcəyinizi bilmirsinizsə Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ yazımı oxuyun.

Vebsaytınız hazır olduqdan sonra Google Ads və ya Facebook Ads ilədə reklamlara başlamalısınız ki, insanlar saytınızı tanıyaraq sayta daxil olub, xidmətləri ala bilsinlər.

Müştəri sizin xidmətinizi aldıqda siz sadəcə Fiverr.com saytına gedərək həmin xidməti daha ucuz qiymətə göstərən freelancer tapacaqsınız. Bu freelancerlərdən xidməti sifariş verin, işi gördükdən sonra isə öz müştərinizə daha baha qiymətə satın.

İkinci üsul

Əgər bu biznesdə heç bir təcrübəniz yoxdursa, ikinci üsul sizə daha uyğundur. Bu üsulda gəlir daha az olacaq, amma birinci metodla müqayisədə sizə daha asan başa gələcək.

Qeyd etdiyim Fiverr saytından başqa freelancerlərin toplaşdığı digər saytlar da var. Onlardan bəziləri aşağıdakılardır.

Bu vebsaytların üstün cəhəti odur ki, burada işləri Fiverr-dən də ucuz qiymətə görürlər. Bu halda siz Fiverr-də işçi kimi qeydiyyatdan keçib, öz xidmətlərinizi bu platformada sata bilərsiniz. Sifariş daxil olduqda bu işi yuxarıda qeyd etdiyim saytlardakı freelancerlərə daha ucuz qiymətə gördürə bilərsiniz.

Bəli. Bu qədər sadə!

Dropshipping-lə necə biznes qurmaq olar?

Dropshipping drop servicing-lə müqayisədə bir az qarışıqdır. Amma biznes strategiyanızı düzgün qursanız, daha çox qazana bilərsiniz.

İnsanlar adətən dropshipping biznesini Woocommerce və ya Shopify saytlarında online mağaza yaratmaqla həyata keçirirlər. Bu saytlar online şəkildə məhsullarınızı təqdim edib sata biləcəyiniz bir elektron ticarət portalıdır. Mən daha çox məsləhət gördüyüm Woocommerce vasitəsilə mağaza qurmaq haqqında bir müddət öncə Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) adlı yazı hazırlamışdım.

Müştəri məhsulu sizdən aldıqda, siz AliExpress kimi beynəlxalq elektron ticarət portallarından birində satıcıya məhsulu sifariş verir və onun birbaşa müştərinin ünvanına göndərilməsini təmin edirsiz.

Woocommerce saytı
satışın təşkili
online satış

Trafik axını adətən Instagram, Facebook və s. şəbəkələrdən ödənişli reklam ilə gəlir.

Xəbərdarlıq etmək istəyirəm ki, Dropshipping biznesini seçdikdə bir az ehtiyatlı olasız. Yalnış məhsul seçsəniz pul itirə bilərsiniz.

Drop servicing-in müsbət və mənfi tərəfləri

Müsbət tərəfləri

Mənfi tərəfləri

Dropshipping-in müsbət və mənfi tərəfləri

Müsbət tərəfləri

Mənfi tərəfləri

Hansı daha yaxşıdır? Hansını seçməlisiniz?

Drop servicing və dropshipping onlayn başlaya biləcəyiniz qanuni və ən yaxşı bizneslərdəndir. Hansı biznesin daha yaxşı olduğunu seçməyi isə sizin öhdənizə buraxıram.  

Hər iki biznes modelinin müsbət və mənfi tərəfləri var. Amma drop servicing yeni başlayanlar üçün daha yaxşı ola bilər. Dropshipping isə bir az daha çox təcrübə tələb edir.

Drop servicing onlayn pul qazanmağın yeni üsullarından olduğuna görə hələ ki, onunla bağlı kurslar, treyninqlər keçirmirlər. Dropshipping barədə isə bir sıra peşəkarlar və sahibkarlar tərəfindən çox sayda treyninqlər, kurslar təqdim olunur.

Drop servicing-in Dropshipping-dən üstünlüyü odur ki, məhsulun, pulun geri qaytarılması ilə bağlı başınız ağrımayacaq. Düzdür, dropshippig daha çox qazanc gətirir. Amma bu, o demək deyil ki, siz eyni qazancı drop servicing-dən əldə edə bilməzsiz. Bahalı xidmətlər satsanız, drop servicing sizə bəlkə də milyonlar qazandıra bilər.

Cəfər Nəcəfov

https://jafarnajafov.com/dropshipping-dropservicing/

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party