Tag: business

Giriş

İstedadlarına şübhə etmədiyim bir çox insan tanıyırdım – onlar ölənə qədər sahildə qaldılar və hamısı özündən soruşmuşdu: “Kifayət qədər gücüm çatacaqmı?”

Motivasiya həyatımızda hər bir xırda məqamdan ilhamlana biləcəyimiz bir şeydir.

Məsələn, qarışqaların komanda şəklində nəyisə daşıdığını görüb ilhamlana bilərik, uçan bir quşun zirvələrə necə ucalmasından ilhamlana bilərik və hətta övladımızın ilk yerimə cəhdini belə özümüzə motivasiya mənbəyi kimi seçib yeni addımlar ata bilərik.

Tərif

Motivasiya (Lat. Movēre – dən “hərəkət etmək”) – hərəkətə motivasiya; insanın davranışını idarə edən, istiqamətini, təşkilatını, fəaliyyətini və sabitliyini təyin edən psixofizioloji proses; bir insanın ehtiyaclarını fəal şəkildə təmin etmək qabiliyyəti.

Motivasiya loru dildə desək özünü çimdikləmək və ya məcbur etməkdir.

Nömrə 1 – Kitablarda yazılanları təkrar etmə

Dünyanın ən yaxşı kinozalı beyindir və yaxşı kitab oxuyanda bunu başa düşürsən.

Dostlar tez – tez dediyim məqamlardan biri kitabda yazılan motivasiya sözlərinə uymamaqdır.

Kitabda yazılan motivasiya sözləri və ya situasiyaları həyatda gerçəkləşdirmək ehtimalı çox aşağıdır.

Əksər hallarda bizə motivasiya kitablarında təqdim olunan sözlər sırf bir xüsüsi məqamda işləyəcək sözlərdir.

Məsələn, ən populyar motivasiya kitablarını belə götürsək, orda yazılan motivasiya sözlərinin baş qəhrəmana kömək etdiyi kimi sizə kömək etməsi üçün siz eyni dövrdə, eyni şəhərdə, eyni mədəniyyətdə və eyni insanlarla bir məkanda olmalısız ki, sizə də eyni cür təsir etsin.

Amma hətta bu dəqiqlikdə təkrar olunsa belə heç bir qarantiya yoxdur ki, sizdə eyni nəticə alınacaq.

Kitabları oxumaq mütləqdir və vacibdir, amma kitabdan nəticə çıxarmaq daha da vacibdir!!! 

Nömrə 2- Təqlid ediləsi adam seçin

Tənqiddən daha çox təqlid ediləcək insana ehtiyac duyulur.

İlk öncə motivasiya almaq üçün özünüzə təqlid edəcəyiniz insanı seçin.

Bu hər kəs olar bilər – qapı qonşunuz, sosial şəbəkədən tanıdığınız bir insan, məşhur bir insan və sairə..

Amma əlbəttə ki, mən sizə daha yaxın olan birisini seçməyi məsləhət görərdim, yəni çox yuxarıdan getməyin, pillə-pillə edin J.

Yəni siz idmana başlayırsınızsa dərhal 150 kq qaldırmağa fokuslanmayın, əvvəla 30 – 40 kq və sonra da artırmaqla 150 kq – a qədər gəlib çata bilərsiz. Birdəfəlik 150 kq ilə başlayıb və bunu bacarmayıb tez həvəsdən düşə bilərsiz.

Eyni ilə əgər siz ilk olaraq təqlid mənbəyi kimi Steve Jobsu seçsəz, onun nail olduqlarına çata bilmədikdə tez zamanda ruhdan düşəcəksiz. Amma daha real olan məsələn, daima səhər qaçışı edən bir insanı təqlid etməyə başlasaz qısa müddətdə onun nəticəsinə nail olub, yeni təqlid edəcəyiniz adam seçə bilərsiz…

Addım – addım siz daha da çox nəticələrə nail ola bilərsiz.

Nömrə 3- Divandan qalxın

Bir insanın rahatlıq zonasının yalnız divan olması qəbuledilməzdir.

Əla, təqlid ediləcək adamı seçdik, bu asanddır.

İndi isə çətin olana keçək, divandan qalxmaq zamanıdır.

Hərçənd ki, bu cümlələri yazdığım zaman özüm elə divanda oturmuşam J.

Əlbəttdə bu çətindir, amma divandan qalxmasaz mexanizm işə düşməyəcək.

Yəni nə qədər də beyinlə maşını idarə etmək istəsəz, maşın yerindən tərpənməyəcək – mütləqdir ki, ayağa qalxıb maşını işə salasız.

Maşını işə salandan sonra isə artıq sizə yol xəritəsi və ya başqa sözlə desək planlamaq lazımdır hara gedəcəksiz, hansı yolla gedəcəksiz və sairə…

Nömrə 4- Planlaşdırın 

Planlaşdırma – liderin nailiyyət sahilinə çatması üçün bir körpüdür.

Planlaşdırmağa nədənsə başlamaq lazımdır.

Buna ya kağız üzərində, ya da onlayn tətbiqlər vasitəsilə başlamalısız.

Məsələn, siz arıqlamaq istəyirsiz, amma bunun üçün motivasiya yoxdur.

Planı hiyləgərcəsinə elə qurmalısız ki, motivasiyanın özünə kələk gələ biləsiz.

Arıqlamaq məsələsində nümunə: bir kağız üzərində “filan şeyi yemə” və ya “qapını açma” yazısını yazıb soyuducunun üstünə yapışdıra bilərsiz və ya tanıdığınız insanın necə arıqladığı şəklini qoya bilərsiz (əvvəl – sonra).

Bu nümunə sizə kömək edəcəkmi bilmirəm, amma planlaşdırıb etməyincə siz də bilməyəcəksiz.

Ümümiyyətlə hər bir insana bir şey təsir edir, kiməsə qamçı, kiməsə isə sığallanmaq.

Bunu təyin etmək üçün planlaşdırıb yoxlamaq lazımdır.

Digər variant olaraq gündəlik ediləcək bir siyahı hazırlaya bilərsiz, hansı ki, nəyi nə vaxt etməniz haqqında sizə bildiriş verəcək.

Plan olmadan başlayaq görək nə alınır – 99% hallarda bu işləmir.

Siz əgər döyüşə “gəl müharibə başladaq sonra baxarıq” məntiqi ilə yanaşsaz, mütləq ki, məğlub olacaqsız. Amma öncədən kənd və ya rayon ələ keçirmək üçün plan qursaz çox böyük nəticələrə nail ola bilərsiz.

Nömrə 5- Hərəkətə keçin

Heç vaxt olmayan bir şeyə sahib olmaq istəyirsinizsə, heç etmədiyiniz işi etməlisiniz.

Planı yazdıq, kağız üzərində də çox gözəl görünür.

Bunu indi yuxarıda qeyd edilən kimi etmək lazımdır.

Mənim əsasən düşündüyüm odur ki, məcburən çox zaman heç nəyə nail olmaq olmur, amma istisnalar var.

Məsələn, idman zalında məşqçi sizi idmana məcbur edəndə ortaya nəticə çıxır və ya özünüz – özünüzü məcbur edəndə də ortaya nəticə çıxara bilirsiz.

Amma məncə siz mental olaraq buna hazır olmadıqca və özünüzu məcbur etmədikcə, məşqçi sizi nə qədər məcbur etsə də, disiplindən kənara çıxacaqsız.

İdmandan sonra gedib burger yeyəcəksiz, nəticə və əziyyət boşa gədəcək.

Mən əsasən hərəkətə keçmək üçün “mən bunu etsəm hansı üstünlüklərə sahib olacam” kimi düşüncələr ilə özümə motivasiya verirəm.

Çox halda bu işləyir, sizin üçün də işləyə bilər, yoxlayın.

Nömrə 6 – Nəticəni analiz edin

Tədqiq etmək hər kəsin gördüklərini görmək və heç kimin düşünmədiyi şəkildə düşünməkdir.

Ən şirin bölüm budur.

Artıq bir işin öhdəsindən gəlib, nəticəni görüb analiz etmək ən gözəl məqamlardan biridir.

Amma nəticəni analiz edən zaman da çox diqqətli olmalıyıq.

Səhf analiz nəticəsində bizim önə düşmək əvəzinə, geriyə düşmək ehtimalımız da çox böyükdür. Müharibədə bir şəhəri qısa müddətdə işğal etməyinizi düzgün analiz edə bilməsəz, növbəti şəhərdə məğlubiyyət sizin üçün qaçılmazdır.

Düzgün analiz etdikdə isə aydın olur ki, həmin şəhərdə əhalinin 90% – i yaşlı və qocalardan ibarətdir və bu o demək deyil ki, növbəti şəhərdə döyüşməyə hazır olan əhalinin sayı belə az olacaq.

Göstərilən misaldan başa düşürük ki, analiz edən zaman mütləq fərqli faktorlara fikir vermək və ən əsası da fərqli prizmadan nəticəyə baxmaq çox vacibdir.

Əlbəttdə əldə etdiyiniz nəticəyə sevinməyi unutmayın, uğurun dadını çıxarmaq vacibdir. Əks halda əldə etdiyiniz uğura seviməsəz onu qazanmaq istəyi də olmayacaq.

Nömrə 7 – Nəticə

Son olaraq dostlar Motivasiya gözəldir, amma nəyəsə nail olduqca gözəldir, əks halda bu sadəcə söz kimi qalır.

Çalışın motivasiyadan maksimum fayda çıxarasız və sizin üçün çalışan motivasiya formulunu tapasız.

Motivasiya həyatımızda hər yerdədi, diqqətli olsaq bunu görə bilərik.

Məsələn bir gözəl xanım gördüyümüz zaman dəridən – qabıqdan çıxıb, onunla tanış olmaq istəyirik.

Bizim motivasiyamız maksimum həddə olur və tanış olmaq üçün hətta səhərlər oyana bilməyən insan səhər 8 – də dayanacaqda həmin xanımı gözləyir.

Və ya uşaq ikən valideynlərimizə oyun və ya oyuncaq aldırmaq üçün min hiylələrə əl atırıq.

Gördüyümüz kimi biz istəyəndə gözəl motivasiya tapıb hərəkətə keçirik.

Ona görə hamıya arzum həyatda hər məsələyə oyuncaq istəyən uşaq və ya xanımı bəyənmiş bəy kimi yanaşmanızdı – onda dağları da yara biləcəksiz J.

Xəyallarınızı qorxularınızdan güclü edin

Asif Ibrahimov

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party