Blog

Sosial mediadan istifadə məqsədimi necə müəyyən edim?

Blog
Uncategorised

Sosial mediadan istifadə məqsədimi necə müəyyən edim?

Günümüzdə sosial media istifadəçilərinin ən böyük problemlərindən biri günlərinin əsas saatlarını Facebookda, İnstagramda və s. bu kimi platformalarda məqsədsiz olaraq keçirməsidir. İndi sən deyə bilərsən ki, “Yox Kamal. Mən bu platformalarda bəyəndiyim insanları izləyirəm, onların paylaşımlarını bəyənirəm. Bu, vaxtı boşa keçirmək deyil axı”. Burada səninlə həm razı, həm də razı deyiləm, ümumilikdə razı deyiləm əslində.

Bəyəndiyin insanları izləyərəkdən həmin gün üçün özünü xoş hiss etməyinə səbəb olacaq bir kontent tapa bilərsən. Amma mənim bu məqalədə izah etmək istədiyim əsas məsələ ondan ibarətdir ki, sən gününün 4 saatını yalnız və yalnız Tik-tokda və ya instagramda birini izləməklə keçirmək əvəzinə, həmin o zamanı necə istifadə edə bilərsən ki, həm müəyyən qədər o insanları izləyəsən, zövq alasan, həm də gələcək üçün (long term) sənə faydalı olacaq işlər görməyə başlayasan. Maddi baxımdan düşünsək gəl qəbul edək ki, sən bəyəndiyin şəxslərin videolarına baxmaqla, kontentlərini izləməklə onlara bir növ pul qazandırmış olursan. Halbuki onlardan soruşsan (bəziləri) bu işi yalnız onlara zövq verdiyi üçün etdiklərini, məqsədlərinin isə madiyyat olmadığını deyəcəklər.

Bax burda “kərəmi ağlamaq tutdu”. Niyə sən də bunu etməyəsən axı?! Bunun üçün sənin bütün şəraitin və imkanların var.

Yalnız isitifadə məqsədini müəyyən etsən işlər sənin üçün asanlaşar. Çünki sən artıq bütün bu platformaları öz məqsədinə ram etmiş olacaqsan və qəbul et ya yox fərq etməz bir müddət sonra bu prosesdən zövq almağa başlayacaqsan. Çünki nə etdiyini artıq bilirsən.

“Yaxşı, necə başlayım Kamal?”

“Məqsədim nə ola bilər axı mənim” kimi bir sualla başlaya bilərsən. Şagird və ya tələbə, işsiz və ya işləyən biri, sosial statusundan aslı olmayaraq hər birimizin bu həyatda görməkdən zövq aldığı və bizlər üçün faydalı olan işlər var. Kimimiz rəsm çəkməyi, şahmat oynamağı, kimimiz isə kitab oxumağı, idman etməyi sevirik. Bu sevidiyimiz işləri sevməyə çalışan nə qədər insanın olduğunu bilirsiniz? Sırf rəsm çəkməyi öyrənmək üçün insanlar rəsm məktəblərinə yazılırlar, kitab oxumaq vərdişinə yiyələnmək üçün kurslar götürürlər. Səndə artıq bu və ya bu kimi maraq dairələri varsa niyə də bunu insanlarla paylaşıb onların da həyatını yaxşıya doğru dəyişməyəsən? Fayda qatmayasan?

Bu yaxınlarda sosial media üzərindən tanış olduğum bir dostla görüş zamanı ixtiyarsız olaraq belə bir fikir dedim. İnsanlar, xüsusilə də valdeynlər Tik-tokun heç də yaxşı bir platforma olmadığını deyirlər. Övladlarımız videolara baxırlar, korlanırlar və s. Məncə problem nə sosial mediadadır, nə də ki, uşaqlarda. Problem əsasən valdeynlərdə və təhsil sistemindədir. Sosial medianı düşmən olaraq qələmə vermək lazım deyil. Düzgün istifadə olunsa bu platformalar övladlarınızın həyatını müsbətə doğru dəyişə bilər. Məsələn, düşün ki, 9-cu sinifdə oxuyursan. Hansısa riyazi bir misalın cavabını tapdın və bilirsən ki, bu cavabı tapmaqda digər şagirdlər əziyyət çəkə bilər.

“Bu misalın cavabını ətraflı olaraq bilmək istəyirsinizsə yanıma hazırlığa gəlin” deyən müəllimlər yadıma düşdü nədənsə.

Niyə də bu misalın həllini bir video şəklində çəkib paylaşmayasan? Gör nə qədər şagird bundan faydalanmış olar? Və ya tarix kitabında qeyd olunan illəri rahat yadda saxlayan bir şagirdin bunun necə etdiyini video şəklində paylaşması necə?

Başqa bir misal 👇

Arada insanlara sual verəndə ki, Linkedin-dən nə üçün istifadə edirsiniz, cavabları çox zaman “iş axtarmaq üçün” olur. Bu bir məqsəd ola bilər, amma sənin məqsədin bundan da yaxşı ola bilər. Sən iş axtarma prosesi zamanı, həm də axtardığın ixtisas yönümlü videolar, məqalələr və ya sadəcə olaraq qısa mətnlər də paylaşa bilərsən. Həm paylaşım üçün araşdırmalar etməli olacaqsan, o da ixtisasına dərindən yiyələnməyinə səbəb olacaq, həm də həmin ixtisas üzrə karyerasını qurmaq istəyən insalara bir növ yol göstərmiş olacaqsınız. Sonda əldə etdiyin nə olacaq? İnsanlara fayda qataraqdan tanınmış olacaqsan, youtube kanalını, instagram səhifəni açacaqsan, reklam təklifləri ala bilərsən və s. Bu vərdişə (paylaşım etmək) yiyələndiyin üçün hətta iş tapdıqdan sonra belə yenə də sosial medianını ikinci bir işin olaraq istifadə edə biləcəksən bu isə özlüyündə passiv gəlir yeri deməkdir.

Yuxarıda qeyd etdiyim nümunələri nəzərə alarqdan məqsədini müəyyən edə bilərsən. Və inanıram ki, bu sənin üçün təsəvvür edə bilməyəcəyin qədər faydalı olacaq.

Zaman ayırıb məqaləni oxuğun üçün sənə təşəkkür edirəm. Bəyəndinsə faydalanmaları üçün insanlarla paylaşmağı unutma.

Mövzu ilə bağlı sualın olarsa mənimlə əlaqə saxlamaqdan çəkinmə.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party