Blog

Şikayətlənməkdən Yorulmadın?

Blog (1)
Self Development

Şikayətlənməkdən Yorulmadın?

Bu aralar gənclər arasında daha çox rast gəldiyim bir hal var. Həyatları, yaşadıqları cəmiyyət və ailələri barədə ucu-bucağı və heç bir mənası olmayan şikayətlər:

“Filankəs uğur qazanıb, şirkət açıb çünki o, Amerikada (və ya Avropada) doğulub, yaşadığı cəmiyyət fərqli olub.” Belə söhbətlər bilirsiniz harada daha çox olur? Çayçı, playstation oynayarkən və ya zamanını boş yerə sərf edərkən.

Amerikada 332,915,073 nəfər yaşayır və həmin o təriflədiyin cəmiyyətdə böyüyürlər. İndi sənə sual verirəm, düşünürsənmi ki, bu qədər insanın hamısı uğurlu ola bilib və ya öz şirkətlərini açıblar? Axı onlar sən təriflədiyin ölkədə qalırlar. Yaxşı başqa sual verim, amma bu suala dürüst cavab verəcəyinə ümid edirəm. Narahat olma, nə düşünəcəyindən özündən başqa heç kimin xəbəri olmayacaq, odur ki, özünə qarşı dürüst ol. Ən azından bunu etmək xüsusi bir bacarıq və ya istedad tələb etmir. Səncə sən o dediyin “Uğuru” qazanamağa nə qədər layiqsən? Onu əldə etmək üçün öz üzərində kifayət qədər işləyirsənmi? Gecəni gündüzünə qatırsanmı? Yəni bacardığın hər şeyi etdin, problem olaraq yalnız ölkə, cəmiyyət və ya ailənmi qaldı?

Bütün bu problemlərin kökü əldə olunan uğurun, böyük və ya kiçik fərq etməz, arxasında dayanan əziyyəti görməməkdədir. Hərçənd düşünürəm ki, başqa məsələləri bəhanə gətirməklə insanlar bir növ çiyinlərindəki məsuliyyəti atmağa və öz uğursuzluqlarının, bacarıqsızlıqlarının səbələrini özləri üçün tutarlı hesab etdikləri səbəblərə calamağa çalışırlar.

Bilirəm. Məqalə bir az sərt səslənir. Amma nə zamana qədər həyatını bəhanələr səbəbindən boşa yaşayacaqsan? Şikayətlənərək keçirdiyin hər saniyə növbəti saniyələr, dəqiqələr, saatlar, günlər, aylar üçün mənalı bir həyat yaşamaq ümidini öldürür. Əlində olan bütün fürsətləri dəyərləndir, uğur qazanmış insanları araşdır tap, onlardan bunun yolunu soruş.

Uzun sözün qısası, həyatınla bağlı olan bütün hadisələrin məsuliyyətini öz üzərinə götürməyi bacar. Yalnız bu halda daha yaxşı həyat yaşamaq üçün bir şansın olacaq.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party