Blog

Niyə Məhz Linkedin?

Blog
Network

Niyə Məhz Linkedin?

Bir çox sosial media platformalarında insanları Linkedin-dən aktiv olaraq istifadə etməyə və müntəzəm şəkildə postlar paylaşmağa çağırıram. Əlbəttə ki, bunun əsaslı bir səbəbi var. Hansı ki, bu məqalədə qısa şəkildə olmaqla bunu sizlərlə paylaşmaq istərdim. Linkedin platformasının istifadəçi sayı Facebook və İnstagram kimi platoformalarla müqayisədə azdır.

Aylıq aktiv istifadəçi sayına baxdıqda görmək olur ki, Facebookda 2,7 milyard, İnstagramda 1 milyard aktiv istifadəçi olduğu halda bu rəqəm Linkedində 300 milyondur. Maraqlısı da odur ki, ümumilikdə 670 milyondan çox istifadəçisin olan Linkedində ümumi istifadəçi sayının yalnız 3% həftəlik paylaşımlar edir.

Odur ki, ölkəmizdə bu platformadan istifadə edənlərin sayının az olması sizi təəccübləndirməsin, bu bütün dünya üzrə belədir.

Məhz bu, yəni aktiv istifadəçi sayının azlığı imkan verir ki, başqa platformalarla müqayisədə heç bir izləyiciniz olmadığı halda qısa zaman ərzində müntəzəm olaraq postlar paylaşmaqla geniş auditoryaya çatmaq olsun.

Və bu da Linkedini digər platformalardan fərqləndirən bir neçə əsas səbəbdən biridir. Əlbəttə ki, bu platformanın alqoritmi ilə bağlıdır. Qeyd etdiyimiz kimi, istifadəçi sayının azlığı Linkedinin bir şirkət olaraq  alqoritmdə belə bir dəyişiklik etməklə daha çox istifadəçinin platformaya cəlb olunmasına səbəb olmuşdur.

Azərbaydanda isə Linkedin platforması üzərində hesabı olan istifadəçi sayı 490 minə yaxındır, aktiv istifadəçi sayı isə barmaqla sayılası qədərdir.

Odur ki, sizlər aktiv eləcə də faydalı paylaşımlar etməklə auditoryanızı asanlıqla genişləndirə və fərqlənə bilərsiniz.

İndi sizdən soruşuram, sizcə auditoryası geniş olan bir sosial media platformasında gözə çarpmaq asandır, yoxsa auditoryası az olan?

Yeri gəlimşkən əgər hesabınız yoxdursa Linkedin hesabı açarkən diqqət etməli olduğunuz 5 hissə barəsində yazdığım məqaləni mütləq nəzərdən keçirməlisiniz.

Zaman ayırıb oxuduğunuz üçün sizə təşəkkür edirəm.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party