Blog

Nədir axı bu Makro və Mikro Kontent?

Blog (1)
Social Media

Nədir axı bu Makro və Mikro Kontent?

Bu məqalə daha çox, sosial mediadan məqsədli şəkildə istifadə edənlər və ya etmək niyyətində olan insanlar üçün yazılıb. Əgər sən hələ də məqsədini müəyyən edə bilməmisənsə bu məqalədən öncə, Sosial mediadan istifadə məqsədimi necə müəyyən edim? adlı məqaləmi oxumağını tövsiyyə edirəm. Ondan sonra bu məqalə sənin üçün məna kəsb etməyə başlayacaq.

Sosial media üzərində kontent yaradıcıların istifadə etdiyi bir ifadə var – “Kontent Kraldırsa, Kontekst Krallıqdır”. Bu ifadənin nə anlama gəlməsi bir az geniş mövzu olduğu üçün eyni adlı başqa bir məqalə yazdım. Zamanın olarsa o məqaləni də oxumağı tövsiyyə edirəm.

Kontent çox önəmlidir, amma kontkest, yəni kontenti paylaşacağın sosial media platforması ondan da önəmlidir. Çünki sadəcə olaraq kontent paylaşmaq kifayət etmir, kontenti platformaya uyğunlaşdırmağı bacarmaq lazımdır. Məhz buna görə də kontent strategiyası deyilən bir anlayış var. Əsas mövzudan kənara çıxmamış, gəlin məqalənin mövzusuna davam edək.

45 dəqiqəlik bir video Youtube-da yaxşı reaksiya aldığı halda instagramda eyni reaksiyanı almaya bilər. (Qeyd – hərçənd İGTV videolarının uzunluğu maksimum 10 dəqiqə ola bilir, amma bəzi istisnavi hesablar var ki, hansı ki, onlar ulduzlara, dünya üzrə tanınmış insanlara məxsusdur, orada 60 dəqiqəyə qədər İGTV video yerləşdirmək olur.)

Çünki platformalar dəyişdikcə onu istifadə edən insanların psixologiyası, gözləntiləri də dəyişir. Yəni insanlar uzun videolar üçün Youtube, qısa videolar üçün əsasən Tik-Tok bəzən isə İnstagramdan istifadə edirlər.

İndi gəlin 45 dəqiqəlik BİR videodan (makro kontentdən) mikro kontentLƏR hazırlayaq, görək neçə mikro kontent hazırlaya bilərik.

  • 45 dəqiqəlik video – 1 Kontent. Paylaşılacaq platforma – Youtube.
  • Həmin videonun əsas yerlərini kəsərək 1 dəqiqəlik olmaqla 5-6 video hazırlaya bilərsiniz. Bu isə 5-6 Kontent deməkdir. Paylaşılacaq platformalar – İnstagram, Tik-Tok, Facebook, Linkedİn.
  • 45 dəqiqəlik videonu audio formata dəyişərək öz podcastınızı yarada və orada paylaşa bilərsiniz – 1 kontent. Paylaşılacaq platformalar – Spotify, Google podcast, Ancor və s.
  • Videonun bəzi yerlərini screenshot edib canvadan istifadə etməklə öz fikirlərinizi əlavə edib bir çox şəkil kontent hazırlaya bilərsiniz – 5 Kontent (min). Paylaşılacaq platformalar – İnstagram, Facebook, Linkedin, Pinterest.
  • Videonun mətnini öncədən hazırlamısınızsa onu məqalə şəklində paylaşa bilərsiniz – 1 Kontent. Paylaşılacaq platformalar – Linkedin, Medium.
  • Hazırladığınız məqaləni hissələrə bölərək, qısa mətn şəklində paylaşa bilərsiniz – 8 Kontent (min). Paylaşılacaq platformalar (mətnin mövzusundan aslı olaraq) – Linkedin, Facebook, Twitter.
  • Qısa mətnləri paylaşdıqdan sonra “screenshot” edib şəkil formasında paylaşa bilərsiniz – 1 Kontent (min). Paylaşılacaq platformalar – İnstagram, Pinterest.

Yuxarıdakı hesablamalarımıza əsasən deyə bilərik ki, 45 dəqiqəlik bir videodan 23 mikro kontent hazırlamaq və onu 10 fərqli sosial media platformasında paylaşmaq olar. Bu da özlüyündə o deməkdir ki, siz fərqli platformalarda, bəzi ödənişsiz alətlərdən istifadə etməklə, rahat şəkildə aktiv ola bilərsiniz.

Əgər belə bir imkanınız varsa niyə də istifadə etməyəsiniz.

Dəyərli zamanınızdan ayırıb məqaləni oxuduğunuz üçün sizə təşəkkür edirəm. Faydalı oldusa öz sosial media hesablarınızda paylaşaraq insanlara dəstək ola bilərsiniz.

Sualınız yaranarsa mənimlə əlaqə yaratmaqdan çəkinməyin.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party