Blog

İdarəetmə nədir? Agile – SCRUM.

Business vector created by pch.vector - www.freepik.com
Management

İdarəetmə nədir? Agile – SCRUM.

Asif İbrahimov
Biznesmen, Data Analitik üzrə ekspert
Facebook LinkedIn

İdarəetmə keyfiyyətinin göstəricisi adi insanların qeyri-adi şeylər etməsidir.

İdarəetmə – sadə və öyrəşdiyimiz dildə buna menecment deyə bilərik. Ümumiyyətlə mən dünyada hər şeyin əsasında menecment olduğunu həmişə demişəm.

Təsəvvür edin, övlad böyütməkdən başlayaraq biznesə qədər və hətta meyvə/tərəvəz belə becərdiyiniz zaman biz menecment proseslərindən istifadə edirik.

Siz övlad böyüdən zaman düzgün idarətməni qurmasaz, övladınız nə dərslərini oxuyacaq, nə də sözə qulaq asacaq. Və ya meyvə/tərəvəz becərdiyiniz zaman düzgün idarətmə və planlama etməsəz nəticədə becərdiyiniz məhsul yararsız olacaq. Bunlar hamısı əslində fərqli növ idarəetmə və planlama metodlarıdır.  

Tarixçə

Management – in başlanğıcı təxminən bizim eradan əvvəl 2000/3000 – cü illərə təsadüf edir. Həmin dövrlərdə Misir piramidalarının inşa edilməsinə düzgün idarəetmədən başqa ad vermək olmaz. Bu idarəetmənin ən bariz nümunəsidir. Amma mən hətta ilk insanların yaranmasından başlayaraq, heyvan ovlanmasını belə o zaman üçün gözəl idarətmə sayıram. Heyvan ovlamaq bilikləri olmadan, qruplaşıb fərqli taktikalar istifadə etməklə ovlamaq da menecmentin bariz nümunəsidir. Axı hər iki halda həm piramida, həm də ovlamaqda bu insan kütləsinə kimsə komanda verib, planlayıb və idarə edib….

Ümumiyyətlə idarəetmədə fərqli növ metodologiyalar var, amma mən sizə son dövrdə dünyada ən populyar olanlar haqqında söhbət açacam.

İdarəetmə məhdud imkanlarla hədəflərə çatmaq sənətidir.

Nömrə 1- Waterfall

Adından da məlum olduğu kimi bu idarəetmə növü şəlalə kimi kaskad tipli idarəetmədir. Layihəni Waterfall metodologiyası ilə idarəetmə istəyirsizsə proseslərin ardıcıllığı tam aydın olmalıdır. Buna sadə misal: bir supermarket tikmək istəyirsiz və dəqiq bilirsiz ki, nəticədə siz bir ərzaq satılan supermarket ortaya çıxarmalısız.

Kaskad dedikdə əgər anlamdızsa, belə deyək pillə – pillə, addım – addım idarəetmə deməkdir. Yəni sizin konkret olaraq birinci nə edəcəyiniz, ikinci nə edəcəyiniz və sonda nə edəcəyiniz bəlli olmalıdır. Loru dildə desək, elə bil sizə kitab veriblər ki, baxın və orada yazıldığı kimi addım – addım edin.

Aşağıda göstərilən misala uyğun bir texnoloji layihə təsəvvür edin.

Məsələn: bayaq sözü gedən supermarket üçün web səhifə yaradmaq lazımdır.

Bu web səhifənin ərsəyə gəlməsi üçün addımlar belə olacaq:

§  Tələblərin toplanması (yəni nə ediləcək)

§  Dizayn (web səhifənin vizual görüntüsü)

§  Tətbiq etmə (yəni kodlaşdıran)

§  Test mərhələsi (nəyin işləyib – işləmədiyini yoxlamaq)

§  Və xidmətə təqdim olunandan sonra dəstək

Nömrə 2- Agile

Son zamanlar dillər əzbəri olan Agile idarəetmə haqqında da danışaq.

Bu idarəetmə metodologiyasi (əslində Agile – çılar bunun metodologiya yox, düşüncə tərzi olduğunu deyir) çevik metodologiya da adlanır. Bu metodologiya əsasən çevik biznes və layihələrə uyğun gəlir. Buna ən bariz nümünə startap – dır.

Bu idarəetmə metodunda daima dəyişikliyə açıq olmalısız. Məhsulu bazara və ya sifarişçiyə hissə – hissə təqdim edib, gedişat zamanı baş verə biləcək dəyişikliklərə hazır olmalısız.

Waterfall metodologiyasından fərqli olaraq Agile metodologiyasında detallı planlamağa ehtiyac yoxdur.

Eyni supermarket web səhifə yaratmaq misalında izah edək:

Agile istifadə etdiyimiz zaman biz planlayırıq ki, gəlin birinci ərzaqların şəkli olan kataloq üz qabığı sayt edək, müştəri və ya sifarişçi test edib fikrini bildirsin, sonra ərzaqların miqdarını saytda qeyd edək, sonra səbət əlavə edək ki, bir neçə ərzaq səbətə əlavə edilə bilsin və sonda çatdırılma və sonra ödəniş sistemlərini hazırlayaq. Yəni aşağıdakı sxemdə gördüyünüz kimi demək olar hər bir funksionallıq addım – addım (Agile – da addımlar sprint adlanır) edilir. Yuxarıda qeyd etdiyim kimi Agile düşüncə tərzinin tərkibində daha iki metodologiya var, Kanban və Scrum. Aşhağıda bunlar haqqında qısa məlumat verəcəm.

Nömrə 3- Scrum

Scrum tam olaraq təqdim olunan bir layihə idarəetmə metodologiyası deyil. Əksinə, layihə qruplarına, sprintlərə və gündəlik görüşlərə yönəlmiş Agile bir yanaşmadır.

İndi sizi bir az da çətinə salaq .

Agile bir düşüncə tərzi idi (yadınızdadır yuxarıda demişdim), Scrum isə bir metodologiyadır. Scrum elə Agile – dır, amma Agile Scrum deyil.

Scrum yanaşmasında mərkəzdə komanda dayanır. Layihə meneceri əsasən olmur (əsasən Scrum Master olur). Buna görə, komandanın özünü təşkili və özünü idarə etməsi ilə xarakterizə olunduğu ehtimal edilir.

Qısaca sadə dildə izah etsək Agile yeni bir tikilidir, Scrum isə bu tikilinin müəyyən mərtəbəsidir, yəni ayrılmaz tərkib hissəsidir – elə növbəti söz açacağımız Kanban metodologiyası kimi.

Nömrə 4- Kanban

Uzağı getməyin, Kanban da Scrum kimi Agile – ın bir hissəsidir .

Kanbanın əsas ideyası iş axınının vizuallaşdırılmasıdır. Tərəqqinizi vizual olaraq qeyd edə biləcəyiniz bir fiziki tablo yaratmaqdan ibarətdir.

Daha aydın dildə desək, Scrum zamanı işlər addımlara (sprint) bölünürsə və Scrum Master işləri paylaşdırırsa, Kanban yanaşması istifadə edilən zaman isə ortada nə iş var tabloya yazılır və kim boşdursa və öhdəsindən gələ biləcəyini düşünürsə öz üzərinə götürür, işin müddətini qeyd edib işləməyə başlayır.

Nömrə 5- Hibrid modeli

Hibrid model Waterfall ilə Agile metodologiyalarının birləşməsidir demək olar.

Xatırlayırsızsa Waterfall idarəetmə metodundan danışanda qeyd etmişdik ki, ilk mərhələdə tələblər aydınlaşdırılır. Hibrid metodologiyasında da eyni ilə ilk mərhələdə Waterfall bənzər tələblərin toplanmasına və təhlilinə xüsusi diqqət yetirilir.

Növbəti mərhələ isə Agile yanaşma və sürətli dəyişikliklərə xas olan rahatlıq ilə xarakterizə olunur.

El arasında buna həftə – becər metodologiyası da deyilir .

Nömrə 6- Şirni və qamçı

Bu qeyri – rəsmi metoddur, hansı ki, bizim ölkə də daxil olmaqla bir çox ölkələrdə istifadə edilir.

Yəni hər hansı bir layihə etdiyiniz zaman işçini motivə etmək üçün daima şirni verəcəksiz. Əlbəttdə burada şirniyyat deyəndə yəni tərifləmək, sığal çəkmək nəzərdə tutulur.

Bu halda işçi qanadlanıb daha da effektiv işləməyə başlayır.

Qamçı metodu isə qorxu üzərində qurulan bir metoddur.

Yəni burada da qamçı sözü məcazi mənada nəzərdə tutulub, yəni işçini daima sıxmaqla, tənbeh etməklə idarə edəcəksiz.

Əlbəttə bunlar da daima işləməyə bilər.

Nömrə 7- Nəticə

Mən ümumi anlayış yaranması üçün hal – hazırda əsas istifadə olunan və daha populyar metodları qeyd etməyə və sizə qısa şəkildə izah etməyə çalışdım. Əlbəttdə ideal metod yoxdur və hətta sizi əmin edirəm ki, bütün populyar şirkətlər belə bu metodlarda yazılmış qaydalardan qırağa çıxırlar. Səbəb əlbəttdə ki, dünyada hər şeyin ideal olmadığı kimi ideal metodun da olmamasıdır. Tələblərə, zəmanəyə və hətta mentalitetə görə bu metodlar dəyişir və milliləşir .

İndi siz seçin, hansı metod sizə uyğundur və istifadə edə bilərsiz…

İdarəetmə müvəffəqiyyətinin sirrini bilmək istəyirsizsə, həll yoluna deyil, bu müvəffəqiyyəti gətirən üsula baxmaq lazımdır.

Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party