0-dan Biznes Çin dilinə

0-dan Biznes Çin dilinə

0-dan Biznes Çin dilinə

Kurs haqqında

Çin iqtisadiyyatının inkişaf tempi son 20 ildə xüsusi ilə yüksək vüsət almışdır. Çin qapılarını dünya ölkələri üçün açıq elan edəndən sonra buraya axın edən iş adamları üçün Çin dilini öyrənmək həyati bir amilə çevrilmişdir. Bu kateqoriyaya daxil olan şəxslərin Çin dilinə olan ehtiyaclarını ödəmək üçün “Biznes üçün Çin dili”, “Menecerlər üçün Çin dili”, “Ticarət üçün Çin dili”, “Çincə ticarət terminləri lüğəti” və digər vacib fənnlər və vəsaitlər təsis edilmişdir. Təqdim etdiyimiz “Biznes üçün Çin dili” kurslarında Çində biznes sahəsində istifadə olunan söz ehtiyatı və terminlər, danışıqlar zamanı istifadə olunan açar idiomlar və etiketlər, situativ dialoqlarla bərabər Çinlilər biznes sahəsindki ideoloji düşüncə tərzi barədə də biliklər veriləcəkdir.

Beləliklə “biznes üçün Çin dili” kursu aşağıdakı kimi tədris olunması nəzərdə tutulur:
0-dan Biznes Çin dilinə. Çin dilinin ümumi qanunları ilə bərabər biznes fəaliyyəti zamanı sadə danışıq qaydaları öyrədiləcəkdir. Dinləmək, danışmaq, oxumaq və yazmaq kimi qabiliyyətləri özündə
birləşdirən Elementar səviyyəni bitirdikdən sonrə dinləyici təxminən 800 heroqlfə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olur. Elementar Çin dili biliyi olan dinləyici gündəlik danışıq, sadə fikir mübadiləsi aparmaq bacarığına malik olur. Fənnlər üzrə müvafiq olaraq aşağıdakı bacarıqları özündə birləşdirir.

Dinləmək bacarığı: Çin dilinin hecalarını və tonlarını mənimsəyir, müəllimin yavaş danışığını qismən başa düşür, öyrəndiyi sözü başqa yerdə eşidərkən təxmin edib mənasını tapmağı bacarır, görüşmək, özünü təqdim etmək, təbrik etmək, sorğu sormaq, bazarlıq etmək, və digər gündəlik tələb olunan ən sadə
dialoqları qurmağı bacarır. Dinləmə sürəti: dəqiqədə 120/140 heroqlif.

Danışmaq bacarığı: Nisbətən aydın şəkildə sözləri tələffüz edir, tələffüzündə ana dilinin təsiri aydın sezilir, səhv cümlələrin nisbəti 30% – keçməməlidir.

Oxu: Çin heroqliflərinin təmsil edən müvafiq hecaların köməkliyi ilə mətni oxuyur, lüğətin köməkliyi ilə sözləri 80% öyrəndiyi sözlərdən ibarət olan mətni oxuyub başa düşür, mətnin mənasını anlayır. Oxu sürəti: dəqiqədə 90-110 heroqlif

Yazı: öyrəndiyi hecanı, heroqlifi, sözü və cümləni dinləyib yazmağı bacarır, heroqliflərin yazı qaydalarına uyğun olaraq ştrixlərin sıralamasını mənimsəyir, heroqlifləri yazarkən buraxdığı səhvlər mətnin ümumi mənasına təsir etmir.

 

 

 
 
 
  • No items in this section

Reviews

Average Rating

0
(0 rating)

Detailed Rating

0
0
0
0
0
Price AZN130.00
Instructor Aqshin Aliyev
Duration 4 weeks
Enrolled 0 students
Language Chinese, Azerbaijani
Deadline 25 January 2021
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party