Category: LinkedIn

Linkedin hesabı açandan sonra öz hesabımızda diqqət yetirməli olduğumuz bir neçə hissə var hansı ki, bu məqalədə onlardan 5-ni sizinlə paylaşmaq istəyirəm.

1) Arxa fon şəkli (Background Photo).

Arxa fon şəklinin ölçüləri barəsində google-dan məlumat əldə edə bilərsiniz, amma sizinlə bu barədə google-dan əldə edə bilməyəcəyiniz bir məlumatı paylaşmaq istəyirəm. Arxa fon şəkli düzgün qurularsa hesabınıza daxil olan insanlara çatdırmaq istədiyiniz məlumatın 70% -ni özündə təşkil edə bilər. Nümunə üçün Linkedin hesabımda istifadə etdiyim arxan fon şəklini sizinlə paylaşıram:

1 -ci hissə mənim hansı sosial media platformaları üzərində aktiv olduğum göstərilib. Odur ki, paylaşımlarım maraqlı olacağı təqdirdə hesabıma daxil olan insanlar bundan xəbərdar ola bilərlər.

2-ci hissədə kimlərlə əməkdaşlıq etdiyim və bu da özlüyündə kimlərin mənə müraciət edə biləcəyini göstərilir.

3-cü və sonuncu hissədə isə Linkedin üzərində ki, fəaliyyət sahəmi göstərilir.

Tək bir şəkildə bu qədər məlumatı yerləşdirmək olur. Odur ki, arxa fon şəklinizi yaradarkən bu kimi nüanslara diqqət edin.

2) Profil şəkli (Profile Photo).

Bu hissə ilə bağlı insanlarda anlaşılmazlıqlar çoxdur. Bəzi istifadəçilər CV-də yerləşdirdikləri şəkilləri, bəziləri isə qeyri-profesional (Liftdə, toyda, dostları ilə birgə və s. çəkdirdikləri) şəkillər yerləşdirirlər. Əslində profil şəkli olaraq profesional görünüşlü, lakin müəyyən qədər rahat (Cool) göründüyünüz bir şəkil qoyulmalıdır. Nəzərə alsaq ki, Linkedin digər sosial media platformaları ilə müqayisədə biznes yönümlü, eləcə də iş adamlarının üstünlük təşkil etdiyi bir platformadır, qeyri-rəsmi bir şəkil qoymaqla hesabınıza daxil olan insalarda xoşa gəlməz təəssürat yaratmaq istəməzsiniz. İlk təəssürat son təəssürat olmasın. Nümunə:

3) Haqqında (About).

Bu hissədə siz özünüz haqqında minimum 2 abzas olmaqla məlumat yerləşdirməlisiniz. Bu məlumatlar həm sizin adi həyatda necə biri olmağınız barəsində (hobbiləriniz, insani keyfiyyətləriniz və s.), həm də profesional iş həyatınızla bağlı olmalıdır. Özünüz barədə yerləşdirdiyiniz məlumat bəzən iş tapmağınızda bəzən isə biznes imkanlarının yaranmasında vasitəçi ola bilər. Bu sanki iş intervyusunda işə götürən tərəfin bizə, – “Bir az özünüz haqqında danışın” , deməsinə oxşayır. Məhz Haqqında (About) hissəsi siz offline olduğunuz zaman belə profilinizə daxil olan insana siz barədə məlumat vermiş olacaq. Nümunə:

4) İş Təcrübəsi (Work Experience).

Bu hissədə siz işlədiyiniz şirkətin və tutduğunuz vəzifənin adını qeyd edə bilərsiniz. Çox insanın nəzərdən qaçırdığı isə vəzifə öhdəlikləridir. Vəzifə öhdəliklərinin qeyd olunması çox önəmlidir, xüsusilə əgər siz iş axtarırsınızsa. Məsələn, siz SMM ilə bağlı iş axtarırsınızsa hesabınıza daxil olan və sizə iş təklifi etmək niyyətində olan şirkət nümayəndəsi sizin bu ixtisasla bağlı harada işlədiyinizi eləcə də ixtisasınızla bağlı nə kimi tapşırıqları yerinə yetirdiyinizi yoxlayacaq. Əgər sizin vəzifə öhdəlikləriniz onların tələbləri ilə üst-üstə düşərsə işi qazanmaq şansınızda artmış olacaq. Vəzifə öhdəlikləri qeyd olunmadıqda isə iş təklif etmək istəyən tərəf tam məlumat əldə edə bilmədiyindən başqa hesabları yoxlmağa keçəcək.Nümunə:

5) Tövsiyyə məktubu (Recommondadtion).

Bu hissədə sizinlə birgə əməkdaşlıq etmiş şəxslərin sizin barənizdə olan təəssüratları paylaşılır. Bu iş axtarma prosesində çox önəmlidir. Nə qədər çox müsbət tövsiyyə məktubunuz olarsa bir o qədər də sizə iş təklif etmək niyyətində olan insanlarda xoş təəssürat yaratmış olacaqsınız. Əgər tövsiyyə məktubunuz yoxdursa o zaman çalışdığınız şirkətdə, departament rəhbərinizdən və ya əməkdaşlarınızdan sizin üçün birini yazmalarını xahiş edə bilərsiniz. Nümunə:

Ümid edirəm məqalə sizin üçün faydalı oldu. Fikirlərinizi bildirməyi və məqaləni, – “Bunu o da oxumalıdır”, dediyiniz şəxslərlə paylaşmağı unutmayın. Zaman ayırıb oxuduğunuz üçün sizə təşəkkür edirəm.

Kamal Mahmudov

Məqalənin orjinalı ilə buradan tanış ola bilərsiniz.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping

Free 10 Days

Master Course Invest On Self Now

Subscribe & Get Your Bonus!
Your infomation will never be shared with any third party